Multivilla Türkiyədə tikinti şirkətindən daşınmaz əmlak
+90 (242) 512 20 32
+90 541 616 30 40

Maxmutlar

Çeşidləmək
  • Qiymətə görə
  • Otaqların sayına görə
  • Dənizdən məsafəsinə görə
  • Date added
1 - 9 dan 202 təklifdən

Azərbaycan sakinləri üçün Maxmutlarda daşınmaz əmlak

Maxmutlar- kiçik bir şəhərcikdir, ancaq onun rahat döngələrində və parlaq bazarlarinda bir cazibədarlıq var.

Ola bilər ki, bura həqiqətən Sizin həmişə xəyal etdiyiniz o yerdir …

“Multivilla” kompaniyası Sizə Maxmutlarda təklif olunan daşınmaz əmlakla tanış olmağa dəvət edir. Bizim mütəxəssislər Sizə Türkiyənin istənilən guşəsində mənzil, villa, yaxud taunhauz almaqda kömək edə bilərlər.

Maxmutları sevin!

Əfsanəyə görə, Maxmutların əsası imperator Klavdiy tərəfindən qoyulmuşdur, antik dövrdə böyük bir liman hasab olunurdu. Halhazırda o, Siedra və Laertes kimi antik qədim şəhərlərin qalıqları ilə məşhurdur, onun Alanyaya yaxın olması isə onu yaşayış yeri baxımından daha da maraqlı edir.

Maxmutlar Orta aralıq dənizinin subtropik iqliminin təsiri altındadır. Burada illik günəşli günlərin sayı çoxdur, avqustda orta temperatur +31°С-yə çatır, qışda isə termometrin göstərişi +15°С-dən aşağıya düşmür, Tavr dağları isə şəhərciyi yağışlardan və soyuq küləklərdən qoruyur.

Maxmutlar çimərliyi 5 km-ə qədər uzanır. Sahil əsasən balıqqulaqları ilə örtülmüşdür, ancaq ürəyiniz yumşaq qızılı qum istəyirsə, onda sizdən 12 km məsafədə Alanya yerləşmişdir ki, orada da Türkiyənin ən məşhur çimərliklərindən biri- Kleopatra çimərliyi yerləşir.

Çimərlikdən kölgəli parkla gəzə-gəzə geri evə dönərkən bazara dönün, təzə meyvə-tərəvəz, paltar və ayaqqabi alın. Kimin ki, bazara getməyə başı ağrıyır, onun üçün ticarət mərkəzləri fəaliyyətdədir. Bundan başqa, turistlər buradakı mağaralarla və dadlı qızıl balıqları ilə məşhur Dimçay çayını da sevirlər.

“Multivilla” kompaniyası isə Sizə Maxmutlarda, Antalyadan tutmuş Alanyaya kimi olan zolaqdakı digər şəhərlərdə daşınmaz əmlakın çoxsaylı variantlarını təklf etməyinə şaddır. Bizim mütəxəssislər Sizə maddi imkanlarınıza və zövqünüzə uyğun bir şəkildə Maxmutlarda mənzil , yaxud villa almaqda kömək edə bilərlər. Bizə durmadan bu gün zəng edin: +90 (242) 512 20 32, WhatsApp & Viber +90 (541) 616 30 40.


Həmçinin bax:

Xəbərlər